» » Məşhur prodüser 30 aktrisaya təcavüzdə suçlanır - FOTO

Məşhur prodüser 30 aktrisaya təcavüzdə suçlanır - FOTO

Dünyanın ən məşhur prodüserlərindən biri, amerikalı Harvi Vaynşteyn seksual təcavüzlərdə suçlanmasından dolayı çox ağır depressiyadadır. 65 yaşlı prodüserin qızı Lili Vaynşteynin dediyinə görə, atası intihar həddindədir.
ucarliyiq.biz Daily Mail-ə istinadən bildirir ki, 30 aktrisaya sataşmaqda və təcavüz cəhdində ittiham olunan H.Vaynşteyn Los-Anceles şəhərini tərk edib. O, indi Avropadadır və psixoloji reabilitasiya klinikasında müalicə olunacaq.
Dünən H.Vaynşteyn özəl reaktiv təyyarə ilə Avropaya yollanmışdı.
Bu arada Britaniya Kino və Televiziya Akademiyası (BAFTA) H.Vaynşteyni üzvlər sırasından xaric edib.
Vaynşteynin arvadı, dizayner Corcina Çepmen ərindən boşanacağını bəyan edib.
H.Vaynşteyn "The Weinstein Co" şirkətindəki postundan da qovulub.













Məşhur prodüser 30 aktrisaya təcavüzdə suçlanır - FOTO


scroll top