» » Tanınmış prodüser: "Bu çirkin işlərin arxasında qardaşım durur" - FOTO

Tanınmış prodüser: "Bu çirkin işlərin arxasında qardaşım durur" - FOTO

"Miramax Films" studiyasının banilərindən biri, "The Weinstein Company" şirkətinin artıq sabiq şəriki, məşhur prodüser Harvi Vaynşteynin dediyinə görə, ona qarşı aparılan çirkin kampaniyanın arxasında qardaşı Uilyam Vaynşteyn durur.
ucarliyiq.biz NBC-yə istinadən bildirir ki, 65 yaşlı prodüserin dediyinə görə, 30 aktrisanın onu təcavüzdə suçlaması ilə bağlı iddiaları "The New York Times"a məhz qardaşı ötürüb.
"Bob məni "The Weinstein Company"dən uzaşlaqdırmaq istəyirdi, niyyətinə də çatdı. Bob indi şirkətə tam nəzarət edir", - H.Vaynşteyn deyib.
Harvi Vaynşteynin prodüseri olduğu filmlər onlarla aktyor və aktrisaya "Oskar" mükafatı qazandırıb, 300 dəfə "Oskar"a nominant olub.
H.Vaynşteynin əxlaqsız hərəkətlər və təkliflər etdiyi, sataşdığı, təcavüzə çalışdığı məşhurlar arasında Qvinet Peltrou və Ancelina Coli ilə yanaşı Luisett Qeys, Cudit Qudreç, Daun Danninq, Tomi-Enn Roberts, Eyşa Arqento, Ketrin Kendall, Lüsia Evans, Mira Sorvino, Rosanna Arquett, Rous MakQoven, Eşli Cadd, Emma De Koen, Zelda Perkins, Loren O-Konnor, Embra Battilana, Cessika Bart, Lora Madden, Emili Nestor, Elizabet Karlsen, Layza Kempbell, Loren Siven, Cessika Şayens, Romola Qaray, habelə adları açıqlanmayan daha 7 qadın var.







scroll top