» » Deyingən arvadından bezdi - meşədə yaşayır - FOTO

Deyingən arvadından bezdi - meşədə yaşayır - FOTO

Deyingən arvadından bezdi - meşədə yaşayır - FOTO
Arvadı daim deyinən, donquldanan kişi nə edir? Ya çayxanaya, pivəxanaya gedir, ya da həyətə - qonşu kişilərlə söhbətləşməyə. Sonra evə dönür, "dırdır" yenə başlanır.
Qapalı dairə.
Britaniyalı Malkolm Epplqeyt isə evdəki vəziyyət dözülməz səviyyəyə çatanda bir qədər irəli gedib.
O, meşəyə yollanıb.
ucarliyiq.biz Unilad-a istinadən bildirir ki, İngiltərənin Birmingem şəhərinin sakini, 62 yaşlı M.Epplqeyt arvadının deyingənliyinə dözməyərək London yaxınlığındakı Qrinviçə, sıx meşəliyə yollanıb. "Səyahət" üç həftə davam edib, çünki Oksfordda onun velosipedini oğurlamışdılar.
"Evlənənə qədər bəxtəvərdim. Farnboroda tam 25 il bağban işlədim, normal yaşadım. İşimi sevirəm. Bağda çalışmağın vurğunuyam. Amma evlənəndən sonra həyatım pisləşdi. Bağda işləməyə çox vaxt ayırdığım üçün arvadım hirsləndi. O, evdə çox oturmadığıma görə sinirlənirdi, deyinirdi. Nikahımı qorumaq üçün xeyli çalışdım. Amma alınmadı. Kimsəyə söz demədən evi tərk etdim. Onlar üçün tam 10 il itkin düşdüm", - Malkolm deyib.



scroll top