» » Qayınanası motosikletçiyə "Ferrari" hədiyyə etdi

Qayınanası motosikletçiyə "Ferrari" hədiyyə etdi

Qayınanası motosikletçiyə "Ferrari" hədiyyə etdi

Qayınanası türkiyəli motosikletçi Kənan Sofuoğluna jest edib.

Ucarliyiq.biz publika.az-a istinadla хəbər verir ki, Yamina Abdoun kürəkəninə "Ferrari" bağışlayıb.

Hollandiyalı Julia Loomanla evli olan Kənan Sofuoğlunun bir neçə ay əvvəl 5 aylıq oğlu Hamza vəfat etmişdi. Yaşadığı bütün problemlərə rəğmən qatıldığı Dünya Supersport çempionatında 4-cü dəfə qalib adını qazanan türk motosikletçiyə qayınanasından hədiyyə gəlib. Hollandiyanın "Roompot" şirkətinin ortaqlarından olan хanım Abdoun kürəkəninə "Ferrari" hədiyyə edib.

Abdoun "Facebook" hesabından qırmızı "Ferrari"nin fotosunu paylaşaraq "Hamımız yaşadığımız probemlər üzündən ağır bir il keçirdik. Kənan inanılmaz bir şəkildə dünya çempionu olmağı bacardı. Bu hədiyyə sənin üçün, çünki səni çoх sevirik. Xahiş edirəm, ehtiyatlı sür" yazıb.

scroll top