» » Tolik “Azərişıq”ın sədrindən şikayət etdi

Tolik “Azərişıq”ın sədrindən şikayət etdi

Tolik “Azərişıq”ın sədrindən şikayət etdi

Tanınmış prodüser Tolik (Tarix Əliyev) “Azərişıq” ASC-in sədri Baba Rzayevdən şikayət edib.

ucarliyiq.biz xəbər verir ki, o, həftə ərzində Xırdalanda 3 dəfə işıqların kəsildiyini bildirib:

“Xırdalana köçəndən əsəblərim tarıma çəkilib. “Azərişıq” hara baxır, bilmirəm. Mən görmüşəm ki, işığı ayda bir və ya iki dəfə kəsərlər. Həftədə 3 dəfə işığı kəsməzlər. Bəsdir, pulları yeyib, ucuz kabellər çəkdiniz. İki gündən bir Xırdalanda filan yer partlayıb, nə bilim, nə olub. Biz axı neyləyək? Tualetə getməyək? Əl-üzümüzü yumayaq? Sizin evinizdə generator var, bizdə yoxdur. Qabaqdan qış gəlir. İki gün yağış yağandan sonra Xırdalanı su aparır, işıqlar kəsilir. Daha susmayacağam, hər dəfə belə şey olanda yazacağam”. 


scroll top