» » "Çocuklar duymasın"ın obrazları yenidən ekranda

"Çocuklar duymasın"ın obrazları yenidən ekranda

"Çocuklar duymasın"ın obrazları yenidən ekranda
Bir zamanlar "Çocuklar duymasın" serialında tərəf müqabili olan Tamer Karadağlı və Pınar Altuğ yenidən bir araya gələcəklər.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, 2013-2014-cü illərdə yenidən ekranlara qayıdan serial əvvəlki kimi effekti olmamışdı və hər iki sənətçi ondan sonra heç bir serialda rol almamışdı.

Bu dəfə isə ikili sadəcə Meltem və Haluk obrazlarının iştirak etdiyi qısa sitkomda çəkiləcək. "1 Kadın & 1 Erkek"də olduğu kimi serialda sadəcə iki obraz iştirak edəcək. Layihəni "Çocuklar duymasın"ın prodüseri Birol Güven hazırlayacaq.

Serialın adı, yayım tarixi və yayımlanacağı telekanal avqustda bəlli olacaq, yeni mövsümdə isə efirdə olacaq.
Interesting facts scroll top