» » Keçmiş sevgilisi Seda Sayanı biabır etdi: "Bezdim..."

Keçmiş sevgilisi Seda Sayanı biabır etdi: "Bezdim..."

Keçmiş sevgilisi Seda Sayanı biabır etdi: "Bezdim..."
Müğənni Seda Sayan 6 illik sevgilisi Erkan Çelikdən dostcasına ayrıldığını demişdi.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, bir neçə gün əvvəl isə Sedanın depressiyaya düşdüyü, bu səbəbdən də 12 kiloqram arıqladığı deyilib.

Müğənni bununla bağlı açıqlama verib:

"Arıqladığım haqda yazılanlar yalandır. Mən bir münasibəti bitirsəm, geri dönüşü olmaz. Dostca ayrıldıq, amma iş münasibətimiz davam edir.

Bu açıqlama E.Çeliki əsəbləşdirib. O, keçmiş sevgilisinə cavab verib:

"Bu günə qədər bu münasibət haqqında bir açıqlama verdim və ondan sonra danışmadım. Amma Seda Sayanın hər dəfə bir yerdən atmaca ataraq "Mən bu münasibəti bitirdim, iş münasibətimiz qalıb" falan deməsindən bezdim. Ona görə mən də buradan elan etmək istəyirəm ki, iş əlaqələrimiz də bitib və heç bir münasibətimiz qalmayıb. Mən bitən bir münasibətin davamından dost qalacaq biri deyiləm. Nə münasibətimiz, nə də dostluğumuz qalmayıb".
scroll top