» » Məşhur cütlük Türkiyəni tərk edir?

Məşhur cütlük Türkiyəni tərk edir?

Məşhur cütlük Türkiyəni tərk edir?

Aktrisa Ceyda Düvenci ailəsi ilə birgə Amerikaya köçməsi haqda yazılan xəbərlərə münasibət bildirib.

Ucarliyiq.biz - in xarici KİV-ə istinadən verdiyi məlumata görə, aktrisa xəbəri təkzib edərək Amerikaya sadəcə qızı ilə bağlı getdiyini bildirib:

“Hər il qızımın yaz məktəbi və müalicə üçün ABŞ-a getdiyimizdən məcburən hoteldə qalmalı oluruq. Bu isə bizə baha başa gəlir. Buna görə də Nyu-Cersidə balaca bir ev almışıq. Orada qaldığımız müddətdə ərim də bekar qalmamaq üçün özünə iş qurub. Bu, daim orda qalacağımız demək deyil. Avqustun 15-də geri dönəcəyik. Biz vətənimiz və karyeramızdan məmnunuq”.

Qeyd edək ki, C.Düvenci və Bülent Şakrak 2015-ci ilin dekabrında ailə qurub. Cütlüyün bir qızı var.


scroll top