» » "İçerde" bitir - 10 seriya qaldı

"İçerde" bitir - 10 seriya qaldı

Bu mövsümün ən reytinqli türk seriallarından olan "İçerde"nin bu mövsüm bitəcəyi barədə xəbərlər yayılıb.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, serial başlayanda bir mövsümlük olacağı deyilsə də, sonrakı gedişatda ssenarinin uzadıldığı, ikinci mövsüm də davam edəcəyi deyilmişdi.

Lakin son iddialara görə, ekran işi 10 seriyadan sonra, 39-cu seriyada final edəcək. Artıq sirlərin yavaş-yavaş açılması da buna əsas verir.

Qarşıdakı seriyada isə Meleyin Sarpa Mertin onun qardaşı olduğunu deyəcəyi anda Kudretin adamları tərəfindən vurulacağı dəqiqləşib. Serialın çəkilişlərindən yayılan fotolarda Sarp parkda əlində tapança Meleyi kimin vurduğunu axtardığı görülür.

Qeyd edək ki, serialın baş rollarında Çağatay Ulusoy, Aras Bulut İynemli, Çetin Tekindor, Damla Colbay, Bensu Soral, Gözde Kansu və başqaları çəkilib.

scroll top