» » "Kaybolan yıllar"ın aktyoru kənddə yaşayır - (FOTO)

"Kaybolan yıllar"ın aktyoru kənddə yaşayır - (FOTO)

"Kaybolan yıllar"ın aktyoru kənddə yaşayır - (FOTO)
"Kaybolan yıllar", "Dudaktan kalbe" kimi seriallarla məşhurlaşan Burak Hakkı kəndə köçüb.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, Burak Çanaqqala rayonunun Güneyli kəndində özünə 35 min metrlik torpaq alıb və təxminən 300 min dollarlıq bir ev tikdirib.

Aktyor eyni zamanda kəndə meyvə-tərəvəz istehsalına da başlayıb. Oğlu ilə adıçəkilən ərazidə şəkilini sosial mediada paylaşan Burak altına “Mən kəndçiyəm” qeydini yazıb.

Xatırladaq ki, bir müddətdir yunan model Hara Pappa ilə görüşən Hakkı onunla evlənməyə hazırlaşır.


scroll top