» » "Kösəm Sultan"da gözlənilməz iki ayrılıq: "Yorulduq"

"Kösəm Sultan"da gözlənilməz iki ayrılıq: "Yorulduq"

"Kösəm Sultan"da gözlənilməz iki ayrılıq: "Yorulduq"

FOX TV-nin iddialı, ancaq reytinqlərdə özünü doğrulda bilməyən "Möhtəşəm yüz il: Kösəm"də gözlənilməz ayrılıq yaşanıb.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istiandən məlumatına görə, "Şahzadə Farya" obrazını canlandıran Farah Zeynəb Abdullah və "Silahdar Mustafa Paşa"ya həyat verən Caner Cindoruk serialdan ayrılıblar.

Farah sevgilisi Canerin ad günü üçün parti hazırlayıb və qonaqlığa "Kösəm Sultan" serialından Nurgül Yeşilçaydan başqa heç kim qatılmayıb. Caner partidə dostlarına "Farahla birgə iki gün əvvəl serialdan ayrıldıq. Serialdakı və çəkilişdəki vəziyyət bizi çox yordu" deyib.

Qeyd edək ki, Farahın serialdakı tərəf müqabili Metin Akdülgerle sevgili olması xəbərləri də yayılmışdı. Məhz bu səbəbdən Canerlə Metin arasında problem olduğu iddia edilmişdi. Lakin aktrisa hər iki aktyorun birgə fotosunu paylaşaraq bu xəbərin əsassız olduğunu yazmışdı.

scroll top