» » Aktyorun ölümü İbrahimə pis təsir etdi - video+foto

Aktyorun ölümü İbrahimə pis təsir etdi - video+foto

Aktyorun ölümü İbrahimə pis təsir etdi - video+foto

Türkiyənin məşhur aktyoru Bülent Kayabaşın ölüm xəbəri hamı kimi müğənni İbrahim Tatlısesi də kədərləndirib.

Ucarliyiq.biz - in “Haberler.com”a istinadən məlumatına görə, ifaçı Bülentlə birgə çəkildiyi “Sevdalandım” filmindən bir parçanı sosial media hesabında yerləşdirərək yazıb:

“Aktyorluğu ilə insanların qəlbində yer alan Bülent qardaşımızı itirdik deyə kədərliyəm. "Sevdalandım" filminin yaraşıqlı “Rıza”sı... Məkanın cənnət olsun... Bülent qardaşıma Allahdan rəhmət, ailəsinə və sevənlərinə səbr diləyirəm...”.

Qeyd edək ki, B.Kayabaş bu gün müalicə aldığı xəstəxanada vəfat edib. 72 yaşlı aktyor bir müddət idi ki, xərçəng xəstəliyi ilə mübarizə aparırdı.



scroll top