» » "Evyıxan qadınlar kimi oldum" - foto

"Evyıxan qadınlar kimi oldum" - foto

Ötən həftə Murad Boz və Aslı Enverin ayrılmasında əsas günahkar kimi aktyor Eser Yenenler göstərilir.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, iddia edilir ki, məhz onun villasından baş tutan gecədə M.Boz "İşte benim stilim"in məşhur bacıları Bahar və Nihal Candan bacıları ilə görünmüş və bundan sonra Aslı Muraddan ayrılmağa qərar verib.

E.Yenenler deyilənlərə zarafatla cavab verib:

"Bu yaşdan sonra ev yıxan qadın kimi oldum. O gecə heç kimi heç kimi aldatmadı. Deyildiyi kimi 5 nəfər deyil, 15 nəfər idik. Bir də ev yıxmalı olsam, ən yaxınımdakılardan başlayardım. İbo (İbrahim Büyükak -red.) evlənməyə hazırlaşır, Oğuz (Oğuzhan Koç - red.) iki ildir sevgilidir. Həm də villa kirayədir".

scroll top