» » Oğlunun alimentini ödəmədi, özünə 7 milyona ev aldı

Oğlunun alimentini ödəmədi, özünə 7 milyona ev aldı

Oğlunun alimentini ödəmədi, özünə 7 milyona ev aldı

Aparıcı Ece Erkenin keçmiş həyat yoldaşı, iş adamı Serkan Uçar başladığı yeni fotosu ilə tənqid olunub.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, Eceden olan 2 yaşlı oğluna ayda 4 min lirə ödəməyən Serkan Nyu-Yorkdakı göydələnlərdən birində özünə yeni ev alıb.

57-ci mərtəbədə yerləşən mənzilə Uçar 7 milyon lirə verib. Bu azmış kimi, həmin evi lüks təmir etdirən biznesmen onun fotosunu sosial media hesabında yerləşdirib.

“Yeni ev, yeni mənzərə” qeydi ilə paylaşdığı şəklini izləyicilər bəyənməyib. Onlar oğluna pul ayırmağa əli gəlməyən Serkanı pis ata olmaqda günahlandırıblar.

Qeyd edək ki, E.Erkenlə S.Uçar 2014-cü ildə ailə qurub. Cütlük 2015-ci ilin noyabrda oğulları dünyaya gəldikdən sonra ayrılıb. İkili boşanma zamanı bir-birlərinə qarşı ağır ittihamlar səsləndirib.



scroll top