» » Müəllim yanına getmədən 700 bal topladı - video

Müəllim yanına getmədən 700 bal topladı - video

Müəllim yanına getmədən 700 bal topladı - video

Lahıc qəsəbəsində yaşayan bir gənc repititor yanına getmədən universitet imtahanlarında ən yüksək nəticəni əldə edib. Öz müəllimi özü olan bu abituriyent 700 bal toplayıb.

Ucarliyiq.biz ARB Şəki-yə istinadən xəbər verir ki, İsmayıllı rayon Lahıc qəsəbə sakini Vahab Cəbrayılov 1-ci qrup üzrə keçirilən qəbul imtahanında bütün sualları düzgün cavablandıraraq ən yüksək nəticəni göstərib və 700 bal toplayıb.

2 ildir ki, repetitorsuz hazırlaşan Vahab elə bu bəhrəsini həm özünə, həm də ailəsinə hədiyyə edib. Vahab 2015-ci ildə Respublika Olimpiyadasında riyaziyyat fənni üzə 3-cü yeri tutub. Valideyn və müəllimlərinin sözlərinə görə, hər zaman dərslərinə böyük həvəs və məsuliyyətlə yanaşan Vahabdan elə bu nəticəni də gözləyirdilər. Bu cür yüksək nəticələrin əldə olunması rayonda təhsil sahəsində əldə edilən uğurların göstəricisi kimi qiymətləndirilir.

V.Cəbrayılov İsmayıllı rayonunda ali məktəblərə keçirilən qəbul imtahanlarında 700 bal toplayan ikinci abituriyentdir. Ötən il İsmayıllı şəhər 5 saylı orta məktəbin məzunu Ağalətif İsaq oğlu Lətifov da IV ixtisas qrupu üzrə ali məktəblərə keçirilən qəbul imtahanlarında 700 bal toplamışdı.

scroll top