» » Camala "Eurovision 2017"dəki 985 minlik qonorarını ala bilməyib

Camala "Eurovision 2017"dəki 985 minlik qonorarını ala bilməyib

Camala "Eurovision 2017"dəki 985 minlik qonorarını ala bilməyib
"Eurovision 2016"nın qalibi Camala "Eurovision 2017"dəki çıxışı üçün nəzərdə tutulan qonorarı ala bilməyib.

Ucarliyiq.biz - in xarici KİV-ə istinadən məlumatına görə, bu barədə ifaçının prodüseri bildirib. Onun sözlərinə görə, sənətçiyə 985 min qriven (37 min dollar) verilməli idi.

“Bir milyon qonorar 3 nömrə üçün nəzərdə tutulmuş məbləğdir. Bura daxildir: simfonik orkestr, rəqslərin quruluşu, hər nömrə üçün Camalaya tikilmiş xüsusi geyimlər, bek vokalçılar, hər nömrənin qrafiki. Hazırda bütün bu pulları mən verirəm. Mən verirəmsə, bu, o deməkdir ki, Camala heç bir qəpik də almayıb”.

Qeyd edək ki, “Eurovision 2017”in ilk yarım finalı mayın 9-da olub. İkinci yarım final bu gün, final isə mayın 13-də olacaq.

Interesting facts scroll top