» » Tarkan etiraz etdi - izləyiciləri dəstəklədi

Tarkan etiraz etdi - izləyiciləri dəstəklədi

Müğənni Tarkan Atatürkü təhqir edənlərə qarşı etirazını bildirib.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, o, dostu Fəridə Edigenin paylaşımını özünün rəsmi İnstaqram səhifəsinə repost edib:

"Atatürkə edilən təhqirləri dərin üzüntü və heyrətlə izləyirəm. Eyni torpaqlarda yaşadığımız bu insanlar unutmasınlar ki, həyatlarını, ölkələrini və belə böyük danışa bilmələrini belə Atatürkə borcludurlar. Gəlin, hamımız Atatürkün şəkillərini paylaşaq və ona olan sevgimizin sonsuz olduğunu nümayiş etdirək. Ən gözəl cavab bu olar".

Sənətçinin bu paylaşımı qısa zamanda rekord bəyənmə alıb.

Qeyd edək ki, Tarkan iyun ayının 23-ü "Formula 1" yarışları çərçivəsində Bakıda solo konsertlə çıxış edəcək.

Tarkan etiraz etdi - izləyiciləri dəstəklədi
scroll top