» » Həbsxanadan çıxmadan 2 milyon qazandı

Həbsxanadan çıxmadan 2 milyon qazandı

Həbsxanadan çıxmadan 2 milyon qazandı

İyunun 5-də həbsxanadan çıxacaq olan müğənni Deniz Seki təşkilatçı şirkətlərdən birindən maraqlı təklif alıb.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, nişanlısı farus Salmanın vasitəçi olduğu təklif belədir:

“Həbsxanadan çıxdıqdan sonra verəcəyiniz konsertləri təşkil etmək istəyirik. İndidən 20 konsertlik bir razılaşma edək. Qiyməti siz təyin edin, qəbul edəcəyik”.

İfaçı hər konsertə görə 120 min lirə istəyib və şirkət rəqəmi qəbul edib. Bundan başqa, 20 konsertin pulu, yəni 2 milyon 400 min lirə artıq popçunun hesabına yatırılıb.

Xatırladaq ki, D.Seki Bakırköy Qapalı Qadın Cəzaçəkmə evində 2.5 ildir ki, məhkumluq həyatı yaşayır. O, narkotik ticarətlə məşğul olduğu üçün həbs olunub.


scroll top