» » Ebru Gündeşdən həssas paylaşım - foto

Ebru Gündeşdən həssas paylaşım - foto

Ebru Gündeşdən həssas paylaşım - foto
Ötən gün Türkiyədə “Analar günü” qeyd edilib.

Ucarliyiq.biz - in “Sözcü”yə istinadən məlumatına görə, bu münasibətlə bir çox məşhurlar şəxsi İnstaqram səhifələrində həssas paylaşımlar ediblər.

Bunlardan biri də müğənni Ebru Gündeşdir. Əri Rza Zərdab həbs edildikdən sonra sosial şəbəkələrdən istifadə etməyən ulduz son zamanlar yenə izləyiciləri ilə bölüşür.

6 il əvvəl dünyaya gətirdiyi qızı Alara ilə əllərini media hesabında yerləşdirən sənətçi yazıb:

"Varlığı belə yaşamana səbəb olan, bir toxunuşunun, bir öpüşünün dünyanın ən böyük hədiyyəsi sayılan, bir baxışı eşq, bir damla gözyaşı ən böyük ağrını hiss etdirən, uğruna hər şeyi, amma hər şeyi gözə ala biləcəyin tək varlıq, övlad. Mənə ana dediyin üçün Rəbbimə minlərlə şükürlər olsun. Bütün anaların və ana namizədlərinin gününü təbrik edirik. Ana olmaq istəyənlərə dualarımızı göndərirəm. Yanımızda ola bilməyən mələklərimizi isə rəhmətlə xatırlayırıq"

scroll top