» » Birinci xanım aparıcılığa başladı - video

Birinci xanım aparıcılığa başladı - video

Birinci xanım aparıcılığa başladı - video

Ukrayna prezidenti Petro Poroşenkonun həyat yoldaşı Marina Poroşenko telekanallardan birində aerobika dərsləri verməyə başlayıb.

Ucarliyiq.biz - in xarici KİV-ə istinadən məlumatına görə, Marinanın aparıcılığa başladığı telekanalın keçmiş prezident, inqilab vaxtı ölkədən qaçan Viktor Yanukoviçin ən böyük dəstəkçilərindən biri, iş adamı Rinat Ahmetova aid olması böyük səs-küyə səbəb olub.

Marina proqramın anonsunda "Mən Marina Poroşenko indi sizə güclü və sağlam bir millət ola biləcəyimizi göstərəcəyəm" deyib.

Poroşenko mövzuyla bağlı "Marina siyasətlə heç bir şəkildə əlaqəsi olmayan bir proqram hazırladığı üçün məndən soruşmadı. Görüntülərə baxdım, xoşuma gəldi. Ailəmizdə demokratik ortam var" deyib.

scroll top