» » Aslı Özcanla sevgili olmasına münasibət bildirdi

Aslı Özcanla sevgili olmasına münasibət bildirdi

Xəbər verdiyimiz kimi, müğənni Murad Boz və aktrisa Aslı Enverin ayrılığı ilə bağlı gözlənilməz iddia səsləndirilib.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, yeni iddiaya əsasən, A.Enver "İstanbullu gəlin" serialındakı tərəf müqabili Özcan Dənizlə ay yarımdır ki, gizli sevgi yaşayır. Boz Aslının Özcanla öpüşmə səhnələrini qısqanıb və buna əsəbiləşib. Digər tərəfdən Özcanın yaxın dostlarına Aslıdan çox xoşlandığını deməsi Muradı özündən çıxarıb.

Hətta Ö.Dənizin A.Enveri ailəsi ilə tanış etdirdiyi bildirilir. Bundan başqa, Özcan bir müddətdir sevgili olduğu söylənilən 26 yaşlı aparıcı Selin Yağcıoğlu ilə münasibətini qısa zamanda bitirib.

Məsələyə Aslı İnstaqram səhifəsində münasibət bildirib. O, sosial media hesabında paylaşdığı xəbərin altına "Yox artıq" qeydini yazıb.

Aslı Özcanla sevgili olmasına münasibət bildirdi
Interesting facts scroll top