» » Türkiyənin tanınmış aktyoru dünyasını dəyişdi

Türkiyənin tanınmış aktyoru dünyasını dəyişdi

Türkiyənin tanınmış aktyoru dünyasını dəyişdi
Uzun müddətdir, qaraciyər nəqli üçün donor gözləyən Türkiyənin tanınmış aktyoru Payidar Tüfekçioğlu dünyasını dəyişib.

Ucarliyiq.biz “Hürriyet”ə istinadən xəbər verir ki, aktyor Halkalı Acıbadem xəstəxanasında həyatını itirib. Bu barədə İstanbul Dövlət Teatrının rəsmi internet səhifəsində yazılıb:

“Dəyərli aktyorumuz Payida Tüfekçioğlunu itiridik. Kədərimiz sonsuzdur”.

P.Tüfekçioğlu cümə günü anım mərasimindən sonra Çengelköy qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, P.Tüfekçioğlu bir sıra film və serialların səsləndirilməsi ilə də məşğul olub.
scroll top