» » Baha başa gələn boşanmalar - (FOTO)

Baha başa gələn boşanmalar - (FOTO)

Ucarliyiq.biz xarici KİV-ə istinadən boşandıqdan sonra həyat yoldaşlarına sərvət ödəyən məşhurları təqdim edir:

Aktyor Arnold Şvartsneqqer 25 illik həyat yoldaşı Şriver ilə ona xəyanət etdiyi üçün ayrılıb. Evdə işləyən qulluqçunun aktyordan hamilə olduğunu öyrənən Şriver dərhal məhkəməyə müraciət edib. Lakin, bu, Arnolda baha başa gəlib. O, 400 milyon dollarlıq sərvətinin yarısını xanımına verməli olub.

Baha başa gələn boşanmalar - (FOTO)


Aktyor Mel Gibson da 31 illik xanımı Robin Murdan xəyanət üstə ayrılıb. Xanımı aktyorun gənc aktrisa Oksana Qriqoriyeva ilə sevgili olduğunu bildikdə boşanmaq qərarı alıb. Robindən 7 uşağı olan Mel ona 425 milyon dollar verib.




Müğənni Madonna 8 illik həyat yoldaşı Qay Riçdən ayrılarkən ona 92 milyon dollar ödədi. Bundan başqa, ifaçı ərinə Londonda bir ev, bir də kafe verib.



Aktyor Maykl Duqlas 23 illik evli olduğu Diandra Luker ilə boşandıqda ona 45 milyon dollar verməli olub. Lakin bununla da iş bitməyib. Xanımı məhkəməyə müraciət edərək Duqlasın onunla evli olduğu vaxtda çəkildiyi filmlərdən alacağı qonorarı da tələb edib.

scroll top