» » Beyons əkizlərini evində dünyaya gətirəcək

Beyons əkizlərini evində dünyaya gətirəcək

Müğənni Beyons əkizlərini xəstəxanada deyil, evində dünyaya gətirəcək.

Ucarliyiq.biz xarici mediaya istinadən xəbər verir ki, reper Cey Zi ilə Beyons evlərində əsl xəstəxana quracaqlar. Cütlük bunun üçün artıq 1,27 milyon dollar vəsait xərcləyib. Bunun üçün hətta VİP-palatalar da hazırlanıb, otaqlar lazımi avadanlıqlarla təchiz olunub. “Mamaça”lar, neonatoloqlar və digər mütəxəssislərdən ibarət komanda Beyonsun bir zəngini gözləyirlər ki, onun əkizlərinin doğuşunu həyata keçirsinlər.

Bundan başqa, Beyonsla Cey Zinin evində təcili yardım maşını da keşik çəkəcək. Əgər əlavə köməyə ehtiyac olarsa, həmin maşın Beyonsu və körpələrini yaxınlıqdakı xəstəxanaya çatdıracaq.

Qeyd edək ki, Beyonsla Cey Zinin Blu Ayvi adlı bir qızı var.
Interesting facts scroll top