» » Tramp məşhur aktrisaya eşq elan edib

Tramp məşhur aktrisaya eşq elan edib

ABŞ prezidenti Donald Tramp meksikalı aktrisa Salma Hayekə sevgili olmaq təklifi edibmiş.

Ucarliyiq.biz - in xarici mediaya istinadən məlumatına görə, bunu aktrisa qatıldığı şou proqramlardan birində özü etiraf edib. 50 yaşlı Hayek bildirib ki, bir neçə il bundan əvvəl sevgilisi ilə soyuq havada küçədə gəzərkən Tramp ona yaxınlaşaraq pencəyini aktrisanın çiyninə atıb. Əvəzində Salmanın sevgilisi gələcək prezidentə təşəkkürünü bildirib.

Söhbət əsnasında Tramp Salma ilə sevgilisini Atlantik-Sitidəki otelində qalmağa dəvət edib.

“Siz mənə nömrənizi verin” deyən Tramp daha sonra aktrisaya zəng vuraraq onunla görüşə çıxmaq istədiyini deyib. Salma mediamaqnata “Mənim sevgilim var” deyə cavab verib.

Qeyd edək ki, Salma Hayek hazırda fransız iş adamı Fransua-Anri Pino ilə ailəlidir. Cütlüyün bir qızı var.
scroll top