» » "7 numara"nın Zelihası ölkədən getdi: "Məni cəzalandırdılar"

"7 numara"nın Zelihası ölkədən getdi: "Məni cəzalandırdılar"

“Yedi numara” serialından Zeliha obrazı ilə tanınan aktrisa Şəbnəm Sönmez bundan sonra karyerasını Almaniyanın paytaxtı Berlində davam etdirəcək.

Ucarliyiq.biz - in Türkiyə mediasına istinadən məlumatına görə, aktrisa rejissor Mustafa Altıoklar və aktyor Vedat Erincin tərəfindən Berlində qurulan “B’ACT Academy”də çalışır. Sönmez müsahibəsində Türkiyəni tərk etməsinin səbəblərindən danışıb:

“Aktyorlar İttifaqında çalışarkən prodüserlər mənə müxalif mövqe tutduğuma görə iş vermədilər. Məni bu yolla cəzalandırdılar. Bizi bu cür “tərbiyə etməyə” çalışdılar. Bütün bunlara rəğmən yaşamağa, işimizi namusla görməyə davam etməyə çalışdıq. Ölkənin son dərəcə aydınlaşmasını istəyən insanlarına qarşı qütbləşmələr yaradılır. Qorxulu bir dalana dirənmişik”.
scroll top