» » Çəkiliş zamanı elə sürprizlə qarşılaşdı ki...

Çəkiliş zamanı elə sürprizlə qarşılaşdı ki...

Çəkiliş zamanı elə sürprizlə qarşılaşdı ki...
Aktyor Ali Sunal aparıcısı olduğu “Bir sorunmu var?” verilişinin çəkilişləri zamanı gözləmədiyi vəziyyətlə üzləşib.

Ucarliyiq.biz Türkiyə mediasına istinadən xəbər verir ki, Özlem Çapanoğlu adlı bir iştirakçı aktyorla söhbəti əsnasında ona eşq elan edib. Özlem 200 nəfər tamaşaçının qarşısında bunları deyib:

“13 sentyabr, 1977-ci ildə anadan olmuşam. Sizinlə eyni il, eyni ay və eyni bürcdənik. Ali bəy, bir-birimizə çox bənzəyirik. Bundan başqa, ikimizin də atası bizi cənnətdən izləyir. Sizə olan heyranlığım son zamanlar eşqə çevrilib”. Bu sözlər həm Ali Sunalı, həm də tamaşaçıları qəhərləndirib. Qeyd edək ki, Ali Sunal “Şaban” təxəllüsü ilə tanınan aktyor Kamal Sunalın oğludur.
Interesting facts scroll top