» » Rus gözəl Burak və Fahriyenin arasına girməyə çalışır

Rus gözəl Burak və Fahriyenin arasına girməyə çalışır

Rus model Viktoriya Bonya aktyor Burak Özçiviti İnstaqramda izləməyə davam edir.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, iranlı gözəl Mahlaqha Caberidən sonra Viktoriya da Burakı bəyəndiyini etiraf edir. O, bir müddət əvvəl Burakın fotolarına "Nice", yəni "Gözəl" yazmaqla kifayətlənmişdi. Lakin bugünlərdə Viktoriya Burakın bir görüntüsünə "Bədəninə gözəl forma vermisən, adamım" yazaraq diqqətləri üzərinə çəkib. Onun israrla təriflərə davam etməsi birmənalı qəbul edilməyib.

Bu isə B.Özçivitin sevgilisi, aktrisa Fahriye Evceni qısqandırır.

Qeyd edək ki, Fahriye və Burak iyunun 29-da ailə quracaq.
scroll top