» » Keçmiş arvadına görə sevgilisindən ayrıldı

Keçmiş arvadına görə sevgilisindən ayrıldı

Aktyor Sarp Levendoğlu ilə 9 aydır sevgili olduğu aktrisa Dərya Şensoyun ayrılma səbəbi bilinib.

Ucarliyiq.biz - in Türkiyə mediasına istinadən məlumatına görə, Dərya aktyordan qolundakı “Bircə” döyməsini silməsini istəyib. Lakin 2 il yarım aktrisa Birce Akalayla ailəli olan Sarp sevgilisinin bu istəyini yerinə yetirməkdən imtina edib. Bu səbəbdən mübahisə edən cütlük dalaşaraq ayrılıb. Dərya Sarpdan ayrıldıqdan sonra Bodrumdakı rəfiqələrinin yanına gedib.

Xatırladaq ki, S.Levendoğlu keçmiş həyat yoldaşı Birce Akalayın Can Tunalı ilə mesajlaşdığını öyrəndikdən sonra boşanmaq qərarına gəlmiş və o da Dərya Şensoyla yeni münasibətə başlamışdı.
scroll top