» » Yenə dalaşdılar: "Paxıllığından öləcəksən..."

Yenə dalaşdılar: "Paxıllığından öləcəksən..."

Yenə dalaşdılar: "Paxıllığından öləcəksən..."
Müğənni-aparıcı Seren Serengillə həmkarı Lerzan Mutlu arasında dava səngimək bilmir.

Ucarliyiq.biz Türkiyə mediasına istinadən xəbər verir ki, Kanal D-də yayımlanan “Magazin D Yay” verilişini model Özge Ulusoyun aparacağı xəbəri Serengili sevindirib.

“Bax belə keyfiyyətli qadınlar yaraşır Kanal D-yə. O nə idi, “Flash TV” beyinli aparıcılar?” yazan Seren Lerzana atmaca atıb. Mutlunun Serengilə cavabı da özünü gecikdirməyib:

“O yaşlı “Star”da veriliş aparan xanıma deyin gedib məhkəmədə ifadəsini versin. Bu yazdıqlarını da dosyesinə əlavə etdim. Bu da mənə ilişir. Paxıllığından öləcək”.

Xatırladaq ki, lerzan Mutlu daha əvvəl Seren Serengillə Dəniz Akkayanın “Duymayan kalmasın” verilişində onu təhqir etdikləri iddiası ilə məhkəməyə şikayət ərizəsi vermişdi.

scroll top