» » "Evlat kokusu" serialının final etməsinin səbəbi bilindi - yumruq davası

"Evlat kokusu" serialının final etməsinin səbəbi bilindi - yumruq davası

Bir müddət öncə yayımlanan “Evlat kokusu" serialının qəfil final etməsinin səbəbi bəlli olub.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, baş rollarda Hande Soral, Barış Kılıç, Murad Han,Yeşim Salkının oynadığı ekran işi 9-cü bölümdə sona çatıb.

Məlumatda bildirilirdi ki, Murad Han öz istəyi ilə serialı tərk edib və bu səbəbdən ekran işi yarımçıq qalıb.

Amma bu gün mətbuata sızıb ki, çəkilişlər zamanı serialda iki qardaş rollarını oynayan Han ilə Barış Kılıç arasında dava düşüb. Murad hətta Barışa yumruq da atıb.

Bu səbəbdən də onu serialdan uzaqlaşdırıblar.

scroll top