» » Qonşuları Colinin yeni evə köçməsini istəmirlər

Qonşuları Colinin yeni evə köçməsini istəmirlər

Qonşuları Colinin yeni evə köçməsini istəmirlər
Hollivud aktrisası Ancelina Coli Los-Ancelesdə yeni aldığı evə köçür.

Ucarliyiq.biz - in xarici KİV-ə istinadən məlumatına görə, 25 milyon dollara aldığı evə artıq aktrisanın bəzi əşyaları gətirilib.

Lakin Coli villasına köçməmiş artıq qonşuları etirazlarını bildiriblər. Belə ki, onlar evə mebel və digər əşyaları gətirən yük maşınlarının yolları kəsdiyini, bu səbəbdən də narahat olduqlarını söyləyiblər.

Bundan başqa, Ancelinanın 6 uşağının olması da qonşuları qorxudur. Onlar uşaqların yaxşı tərbiyə almadıqlarını və buna görə hər gün səs-küy edəcəklərini bildirirlər.

Xatırladaq ki, aktrisanın yeni malikanəsi keçmiş əri, aktyor Bred Pittin evinin yaxınlığında yerləşir.
scroll top