» » "Bildiyim qədər, 7 uşağıq" - Tatlısəsin oğlu

"Bildiyim qədər, 7 uşağıq" - Tatlısəsin oğlu

"Bildiyim qədər, 7 uşağıq" - Tatlısəsin oğlu
Müğənni İbrahim Tatlısəsin oğlu İdo “Bir Hülya Avşar Söhbəti” verilişinin qonağı olub.

Ucarliyiq.biz Türkiyə mediasına istinadən xəbər verir ki, gənc ifaçı Hülyaya bacı-qardaşları ilə bağlı maraqlı etiraf edib. O, illər sonra ortaya çıxan bacısı Dilan Çıtakla necə tanış olmasından danışıb:

“İlk görüşümüzdə bir-birimizə yad gəlmədik. Elə bil, 40 ildir tanışıq. Yaxşı ki də, Dilan aramıza gəldi. Mənim üçün hər şeydən önəmli olan anam və atamdır. Bacı-qardaşlarımla heç bir problemim yoxdur. Bildiyim qədər, 7 uşağıq. Bunu hərdən aramızda zarafata da salırıq”.

H.Avşarın “7 uşaq arasında miras davası çıxar” sualına İdonun cavabı belə olub:

“Atama dedim ki, bir kağız ver, sənin pulunu istəmədiyimə dair imza qoyum. Atam dedi ki, istəmirəm, aramızda problem yaransın”.
Interesting facts scroll top