» » Maksim 68 yaşlı Allanın çimərlik fotosunu paylaşdı

Maksim 68 yaşlı Allanın çimərlik fotosunu paylaşdı

Maksim 68 yaşlı Allanın çimərlik fotosunu paylaşdı
Aparıcı Maksim Qalkin həyat yoldaşı, Rusiyanın xalq artisti Alla Puqaçova ilə Yurmalada dincəlir.

Ucarliyiq.biz Rusiya mediasına istinadən xəbər verir ki, aparıcı sosial şəbəkədə Baltik dənizi sahillərində xanımı və uşaqları ilə çəkilmiş fotosunu paylaşıb. Foto qısa müddətdə 100 mindən çox “like” toplayıb.

Bundan başqa, Maskim 68 yaşlı xanımının çimərlik fotosunu da paylaşıb.

Qeyd edək ki, Maskim Qalkinlə Alla Puqaçovanın Liza və Harri adlı əkizləri var.


scroll top