» » "Açıq geyimim prezidentlə xanımını narahat etmədi" - foto

"Açıq geyimim prezidentlə xanımını narahat etmədi" - foto

"Açıq geyimim prezidentlə xanımını narahat etmədi" - foto
Bu yaxınlarda prezident Rəcəb Tayyib Ərdoğanın iftar qonaqlığına qatılan müğənni Hülya Avşar gecəyə geyindiyi açıq libası ilə müzakirə mövzusu olmuşdu.

Ucarliyiq.biz Türkiyə mediasına istinadən xəbər verir ki, sənətçi prezidentlə görüşə dekolteli geyimdə getməsinə belə açıqlama verib:

“Bu mövzunun gündəm olmasına inanana bilmirəm. İnanın, prezidentlə xanımının belə bir problemi yoxdur. Kimin nə geyindiklərinə heç baxmadılar. Orada hamı olduğu kimi qəbul edildiyi üçün mən də o iftara getdim. Ən xırda narahatlıq, ən xırda bir qəribəlik olmadı. Mənə sosial şəbəkədə yazılanlardan sonra anladım ki, bəziləri Tayyib bəydən daha mühafizəkardır. O libası geyinə bilməyəcəyim mühit olsaydı, geyinməzdim. Tərzimi, xarakterimi dəyişə bilməzsiniz. Mən illərdir necəyəmsə, eləyəm”.

Hülya Ərdoğanı “dost” olaraq gördüyünü də bildirib:

“Camaat çiyin dekoltesini danışır, amma iftarda əsla bu mövzudan söz açmadıq. Əksinə, həmin gün çox rahat idim. Prezident Ərdoğan masada bizimlə dost kimi idi, hamıya mehribandı. Heç kim gərginlik hiss etmirdi”.

Interesting facts scroll top