» » Xərçəng olan aktrisa vətəninə döndü - (FOTO)

Xərçəng olan aktrisa vətəninə döndü - (FOTO)

ABŞ-ın Nyu-York şəhərində xərçəngdən əməliyyat olunan “Yeşilçam” ulduzu Hülya Koçiyit Türkiyəyə qayıdıb.

Ucarliyiq.biz Türkiyə mediasına isitnadən xəbər verir ki, həyat yoldaşı Selim Soydanla birlikdə hava limanında görüntülənən aktrisa gül-çiçəklə qarşılanıb. Xəstəliyi ilə bağlı media nümayəndələrinə məlumat verən Hülya “Ölkəmə qayıtdığım üçün çox xoşbəxtəm. Türk xalqı mənim üçün dua etdi, mənə şəfa diləkləri yolladı, mənə güc verdi” deyib.

Hülya Koçiyit xərçəngə necə tutulmasını belə izah edib:

“Qəzaya düşdüm, ondan sonra belim çox ağrıyırdı. Qızım həmin ərəfədə Amerikada döş xərçəngindən əməliyyat olunmuşdu. Mənə dedi ki, rentgen çəkdirək. Rentgen zamanı onurğamdakı sınıqla yanaşı, ağciyərimdə xərçəng olduğu aşkarlandı”.



scroll top