» » "Dedi ki, xaricdən Riki Martinə, daxildən Kadir İnanıra oxşayırsan"

"Dedi ki, xaricdən Riki Martinə, daxildən Kadir İnanıra oxşayırsan"

"Dedi ki, xaricdən Riki Martinə, daxildən Kadir İnanıra oxşayırsan"
Müğənni Sinan Akçıl qonağı oldu şou proqramlarından birində özü ilə bağlı maraqlı açıqlama verib.

Ucarliyiq.biz - in Türkiyə mediasına istinadən məlumatına görə, geyim və evə qayıtmaq məsələsində sevgililərinin bütün işlərinə qarışdığını etiraf edən ifaçı bunları deyib:

“10 il əvvəl sevgililərimdən biri mənə dedi ki, “sən xaricdən Riki Martinə, daxildən isə Kadir İnanıra oxşayırsan”. Mən sərt kişiyəm”.

Sinan “Müğənni olmasaydın, kim olardın” sualına belə cavab verib:

“Reklamçı, yaxud qəssab olardım. Qəssabları seyr etməyi çox sevirəm. Gələcəkdə isə siyasətçi, millət vəkili olmaq istəyirəm. Həmişə siyasi verilişlər izləyərək yatıram. Cavanların problemləri ilə maraqlanan nazirlik yaranmasını istəyirəm”.
scroll top