Müğənni Beyons və reper Cey Zi valideyn olublar.

Ucarliyiq.biz - in xarici KİV-ə istinadən məlumatına görə, bu barədə ifaçı özü danışmasa da, dostları onun bir oğlan və qız dünyaya gətirdiyini bildiriblər.

Məlumata əsasən, körpələrin və ananın vəziyyəti yaxşıdır. Sənətçi uşaqlarına Blu Ayli və Karter adları verib.

Qeyd edək ki, doğuş Los-Ancelesdə gerçəkləşib. Beyons şəhərdəki xəstəxanalardan birində İnqrid Cekson adı ilə qeydiyyata düşüb. İddialara görə, Beyons və əri xəstəxananın 4-cü mərtəbəsini bütünlüklə kirayələyiblər. Bunun üçün onlar 1,3 milyon dollarlarından keçməli olublar. Bundan başqa, xəstəxananın mühafizə sistemi gücləndirilib.

Xatırladaq ki, bir neçə gün bundan əvvəl mediada Beyonsun evində doğuş üçün palata hazırlatdığı və bütöv bir tibbi heyətin onun qulluğunda durduğu yazılmışdı. Lakin müğənni sonradan fikrini dəyişərək xəstəxanaya yerləşmək qərarına gəlib.

Beyons ana oldu
Interesting facts scroll top