» » Transseksual bacıların çəkdiyi serial ekranlara qayıdacaq? - video

Transseksual bacıların çəkdiyi serial ekranlara qayıdacaq? - video

Dünyanın ən qalmaqallı serialı olan "Sense8"in ikinci mövsümdən sonra ləğv olunması izləyicilərini kədərləndirib.

Ucarliyiq.biz - in xarici KİV-ə istinadən məlumatına görə, transseksual bacılar olan Vaçovskilərin çəkdikləri serial daha çox intim görüntüləri ilə müzakirə olunurdu. "Netflix"in verdiyi açıqlama ilə üçüncü mövsümün çəkilməməsi barədə qərar müəyyən etirazlara səbəb olub.

8 ölkədə çəkilişləri baş tutan ekran işinin fanatları imzatoplama kampaniyasına başlayıblar. Onlar artıq yarım milyondan çox imza yığa biliblər. Respondentlərin sayı milyonu keçərsə, "Netflix" kütləvi etirazlar barədə düşünməli olacaq.

scroll top