» » Prezidentlə görüşən Ornella Muti yalanına görə cərimələndi

Prezidentlə görüşən Ornella Muti yalanına görə cərimələndi

Prezidentlə görüşən Ornella Muti yalanına görə cərimələndi
Məşhur aktrisa Ornella Muti çalışdığı teatra yalan söylədiyi üçün cərimə ödəyəcək.

Ucarliyiq.biz xarici mediaya istinadən xəbər verir ki, iş yerinə xəstə olması haqda saxta arayış təqdim edərək tamaşalara çıxmayan aktrisa əslində Rusiya prezidenti Vladimir Putinlə görüşübmüş.

Yalanı üzə çıxan Ornella 2015-ci ildə teatr rəhbərliyi tərəfindən məhkəməyə verilib. Məhkəmənin qərarına əsasən, Muti ya 8 il azadlıqdan məhrum edilməli, ya da 800 avro cərimə ödəməli idi. Lakin aktrisaya bunların heç biri edilməyib. Nəticədə iş teatr tərəfindən apellyasiya məhkəməsinə verilib. Məhkəmənin yeni qərarına əsasən, Ornella 500 avro cərimə ödəməklə yanaşı, 6 ay şərti həbs cəzası alıb.

Qeyd edək ki, Ornella Mutinin Rusiya vətəndaşlığını qəbul etdiyi deyilir.
Interesting facts scroll top