» » "Bir daha evlənmərəm" - (FOTO)

"Bir daha evlənmərəm" - (FOTO)

"Bir daha evlənmərəm" - (FOTO)
“Essence” jurnalının avqust buraxılışının qəhrəmanı britaniyalı aktyor İdris Elba olub.

Ucarliyiq.biz - in məlumatına görə, jurnal üçün fotosessiya etdirən Elba şəxsi həyatından da danışıb. 2 dəfə boşanan və 1 ayrılıq yaşayan 44 yaşlı aktyor bir daha əsla evlənməyəcəyini deyib:

“Düşünürəm ki, nikah hamı üçün deyil. Mən də həmin insanlardanam. Bir daha evlənmərəm. Mənim balaca uşaqlarım var. Özümü yaşımdan çox cavan hiss edirəm”.

Qeyd edək ki, İdris Elba 2003-cü ildə vizajist Hanna Norqaarddan boşanıb. Aktyorun bu nikahdan bir qızı var. 3 il sonra isə o, vəkil Sone Hemlinlə evlənib. Yalnız 6 həftə sonra bu arvadından da boşanıb. İdris 2013-cü ildə Neyana Qartla münasibətə başlayıb. Lakin cütlük 2016-cı ildə ayrılıb. Bu münasibətdən onların bir oğlu var.



Interesting facts scroll top