» » "Aşk-ı Memnu"nun Adnanı bu sürprizə təəccübləndi - foto

"Aşk-ı Memnu"nun Adnanı bu sürprizə təəccübləndi - foto

“Aşk-I Memnu” serialından Adnan obrazı ilə tanınan aktyor və aparıcı Selçuk Yöntem ona hazırlanmış sürpriz qarşısında təəccübünü gizlədə bilməyib.

Ucarliyiq.biz Türkiyə mediasına istinadən xəbər verir ki, FOX-da yayımlanan “Milyonluk resim” yarışmasının çəkilişləri zamanı Yöntem heyətin sürprizi ilə qarşılaşıb. Belə ki, çəkiliş heyəti tortu meydana gətirərək aktyorun ad gününü qeyd edib. Selçuk doğum günü olduğunu unutduğunu deyib:

“Həqiqətən, yadımdan çıxmışdı. Çox gözəl əhval oldu mənim üçün. Bütün yorğunluğum getdi. Bu gözəl sürpriz üçün hamınıza təşəkkür edirəm. O qədər xoşbəxt oldum ki, başa sala bilmirəm”.

Interesting facts scroll top