» » "O səs Türkiyə"nin iştirakçısı həbs edildi - dünən isə bıçaqlanmışdı

"O səs Türkiyə"nin iştirakçısı həbs edildi - dünən isə bıçaqlanmışdı

Xəbər verdiyimiz kimi, "O səs Türkiyə"nin yarışmaçısı Murad Özelə naməlum adamlar tərəfindən baltalı və bıçaqlı hücum olmuşdu.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, kiçik zədələr alan müğənni 15 iyul şəhidlərinə təhqir yazdığı üçün polis tərəfindən saxlanılıb.

Ona edilən hücumun arxasında da etdiyi təhqirlər dururmuş. İstifadəçilər ona etiraz edərək paylaşımın silinməsini istəyiblər. Murad ittihamlara dözməyərək yazdıqlarını silib. Məhz ondan sonra qəzəbli bir neçə nəfər müğənniyə hücum edib.

Xəstəxanada olan ifaçının nəzarət altında saxlanılması barədə qərar qəbul edilib. Hakim qarşısında çıxan Özel həbs olunaraq Buca həbsxanasına aparılıb.

Interesting facts scroll top