» » Fahriye və Neslihanın gəlinliklərinin bənzərliyində son söz - modelyerdən açıqlama

Fahriye və Neslihanın gəlinliklərinin bənzərliyində son söz - modelyerdən açıqlama

Fahriye və Neslihanın gəlinliklərinin bənzərliyində son söz - modelyerdən açıqlama

Aktrisa Fahriye Evcenin gəlinliyinin həmkarı Neslihan Atagülün libası ilə eyni olması barədə iddialara nöqtə qoyulub.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, hər iki libası hazırlayan modelyer Raşit Bağzıbağlı ilk dəfə bu barədə danışıb:

"Fahriye Evcen üçün çox gözəl iki gəlinlik hazırladıq. Balıq ətəkli və asqılı modellər çox klassikdir. Bu günə qədər çox model və marka bu model üzərində çalışıb. Aylarla bu model üzərində işlədik və çox da gözəl iş alındı. Müzakirə edilən libaslar arasında balıq və asqılı model olmasından başqa bir bənzərliyi yoxdur. Buradakı fərqi kiçik işləmələr ortaya qoyur. Ərəb dünyası Evcenin gəlinliyinə inanılmaz maraq göstərdi. Heç şişirtmədən deyim ki, qısa zamanda 100 libas sifarişi aldıq. Səudiyə Ərəbistanından Qətərə qədər fərqli ölkələrdən təkliflər gəldi. Çoxları tamamilə eynisini istəyir".

Modelyer Fahriye ilə də heç bir probleminin olmadığını vurğulayıb.

scroll top