» » "Dayələrə ayda 10 min verirəm"

"Dayələrə ayda 10 min verirəm"

"Dayələrə ayda 10 min verirəm"
Modelyer Ebru Şancı bir ildə 9 nəfər dayə dəyişdiyini bildirib.

Ucarliyiq.biz Türkiyə mediasına istinadən xəbər verir ki, əkiz qız anası olan Ebru uşaqlarının çox dəcəl olduğunu deyib:

“Dayələrə verdiyim pulla mağaza açardım. İki dayəyə ayda 10 min lirə (təxminən 5 min manat) ödəyirəm. Yenə də uşaqlarımın dəcəlliyinə dayana bilməyib qaçırlar”.

Qeyd edək ki, Ebru 2015-ci ildə futbolçu Alpaslan Öztürklə Belçikada ailə qurub. Ötən ilin oktyabrında isə cütlüyün Ceylin və Mila adlı əkiz qızları dünyaya gəlib.


scroll top