» » Meray Keri kökəlib belə oldu - (FOTO)

Meray Keri kökəlib belə oldu - (FOTO)

Meray Keri kökəlib belə oldu - (FOTO)
Dünya şöhrətli müğənni və aktrisa Meray Keri görünüşü ilə hər kəsi təəcccübləndirir.

Ucarliyiq.biz - in xarici KİV-ə istinadən məlumatına görə, müğənni xeyli kökəlib. Onun 120 kiloqram çəkidə olduğu bildirilir.

Maraqlı budur ki, Meray əvvəl artıq çəki ilə mübarizə aparsa da, onu gizlətməyə çalışsa da, indi əksinə, kökəldiyini heç kimdən gizlətmir. O, həmişə olduğu kimi yenə də konsertlərində bodi geyinərək bütün bədənini nümayiş etdirir.

Bəzi mənbələr ifaçının hamilə olduğunu qeyd etsə də, Keri özü bu barədə açıqlama verməyib.

Qeyd edək ki, müğənni hazırda rəqqas sevgilisi Brayan Tanaki ilə görüşür. Cütlük ilk dəfə ötən ilin noyabrdan görüşməyə başlayıb.

Xatırladaq ki, M.Keri iki dəfə ailəli olub. O, 2015-ci ildə əkizlərinin atası Nik Kennondan, 2016-cı ildə isə milyarder həyat yoldaşı Ceyms Pakerdən ayrılıb.


scroll top