» » Sinan xristian sevgilisi ilə dini nikah bağladı

Sinan xristian sevgilisi ilə dini nikah bağladı

Sinan xristian sevgilisi ilə dini nikah bağladı
Müğənni Sinan Akçıl sevgilisi Rumen Otilia ilə dini nikah bağlayıb.

Ucarliyiq.biz Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə ifaçı verilişlərin birində üstüörtülü şəkildə danışıb:

“Həyatıma 3 qadına evlənməyi təklif etdim. Qəbul etdilər, amma iş rəsmiləşməyə az qalmış ayrıldıq. Bu günə qədər isə 2 dəfə dini nikah bağlamışam. Kim olduqlarını deyə bilmərəm”.

Sinan keçmiş sevgilisi, model Ebru Şallı ilə barışmayacağını bildirib:

“Ebru Şallı ilə bir araya gəlməyimiz artıq mümkün deyil. Otilia ilə çox xoşbəxtəm. Hazırda Quran oxuyur, müsəlman olmağı düşünür. Mən də ona bu işdə kömək edirəm”.


scroll top