» » Bikinili fotosunu paylaşdı: "Bəli, sellülitim var"

Bikinili fotosunu paylaşdı: "Bəli, sellülitim var"

Amerikalı aktrisa və müğənni Hilari Daff yay tətilini Havay adalarının isti günəşi altında keçirir.

Ucarliyiq.biz - in xarici KİV-ə istinadən məlumatına görə, sentyabrda 30 yaşı olacaq müğənni 4 yaşlı oğlu ilə bikinidə çəkdirdiyi fotonu İnstaqram hesabında yerləşdirib.

Kökələn və sellülitləri olan Hilari onu qınayanlara belə cavab verib:

“Bu şəkli bütün gənc qızların, qadınların və hər yaşda olan analar adına paylaşıram. Vücudum mənə 5 il əvvəl həyatımın ən böyük hədiyyəsini verdi: Oğlum Luca. Sentyabrda 30 yaşım olacaq və sağlamam. Bəli, sellulitlərim var. Amma, xanımlar, gəlin, sahib olduqlarımızla fəxr edək və qiymətli zamanımızı daha fərqli, daha yaxşı keçirməyə xərcləyək”.

Bikinili fotosunu paylaşdı: "Bəli, sellülitim var"
Interesting facts scroll top