» » Müğənni biseksual olduğunu etiraf etdi: "13 yaşından oğlanlarla..."

Müğənni biseksual olduğunu etiraf etdi: "13 yaşından oğlanlarla..."

Müğənni biseksual olduğunu etiraf etdi: "13 yaşından oğlanlarla..."
Məşhur pop ifaçısı Aaron Karter heç kimin gözləmədiyi bir açıqlama verib.

Ucarliyiq.biz - in xarici KİV-ə istinadən məlumatına görə, Karter “Twitter” səhifəsində izləyicilərinə biseksual olduğunu bildirib:

“Əvvəlcə demək istəyirəm ki, bütün fanatlarımı çox sevirəm. Amma özüm haqda bir məlumat vermək istəyirəm. Artıq uzun illərdir ki, bunu yük kimi gizli daşıyıram.
Yadımdadır 13 yaşım var idi. Təkcə qızlarla deyil, oğlanlarla da münasibətdə olmaqdan xoşum gəlirdi. Musiqi, studiyalar həmişə mənim üçün vacib olub. Amma özümü heç vaxt olduğum kimi apara bilməmişəm. Həmişə bunu gizlətmişəm. Artıq rahat olmaq istəyirəm”.

Qeyd edək ki, A.Karter aktrisa Lindsi Lohan və Hiları Daffla sevgili olub.

scroll top