» » Demetdən "Dünya güzellerim"lə bağlı açıqlama

Demetdən "Dünya güzellerim"lə bağlı açıqlama

Demetdən "Dünya güzellerim"lə bağlı açıqlama
Müğənni Demet Akalın “Dünya güzellerim”də Banu Alkanın yerinə gətiriləcəyi xəbərlərinə münasibət bildirib.

Ucarliyiq.biz - in Türkiyə mediasına istinadən məlumatına görə, ifaçı yazılanların yalan olduğunu deyib:

“Nə əlaqəsi var? Mənə elə bir təklif edilməyib. Yalan xəbərdir. Mənim o qədər boş vaxtım var? İşim-gücüm çoxdur”.

Qeyd edək ki, müğənni Bülent Ersoyla yola getmədiyini əsas gətirən Banu Alkan proqramdan uzaqlaşdığını bildirib. Bu açıqlamadan sonra isə verilişin prodüser şirkəti tərəfindən Demetə heyətə qatılması üçün təklif irəli sürüldüyü deyilirdi.
scroll top